Kamera yoldaşının qətlində təqsirləndirilən şəxsə bəraət verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |    

Kamera yoldaşının qətlində təqsirləndirilən şəxsə bəraət verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Elman İbrahimovun (1988-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 24-də Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb. Ağır xəsarət alan sonuncu Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Xətai rayon prokurorluğunda CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə bəraət verilib. Məhkəmənin bəraət qərarını eşidən Elman İbrahimov huşunu itirib, məhkəmə nəzarətçiləri onu ayıldıblar. O, iclas zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən proseslərdə ifadə verən E. İbrahimov bildirib ki, heç kimi öldürməyib: "Mən kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra Çingizi kameraya gətirdilər, o otaqda gəzəndə, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, az sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər. Sonra bildim ki, Çingiz ölüb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 685 19.09.18 17:36