Parklanmaya görə qonşusunu öldürən şəxsin şikayəti təmin edilməyib » Median.Az News Agency

Parklanmaya görə qonşusunu öldürən şəxsin şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vidadi Rzayevın (1960-cı il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il yanvarın 14-də paytaxt sakini Şahin Ələsgərovun (1970-ci il təv.) kəsilmiş-dəşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal RPİ 29-cu polis bölməsinə məlumat daxil olub. Araşdırmaya başlayan polis və prokurorluq əməkdaşları müəyyən ediblər ki, hadisə Xıdır Mustafayev küçəsində qeydə alınıb. Məlum olub ki, Vidadi Rzayev aralarında yaranmış mübahisə zamanı qonşusu Şahin Ələsgərova çoxsaylı bıçaq zərbələri vurub.Cinayəti törədən Rzayev saxlanılıb.

Məlum olub ki, Şahin Vidadiyə avtomobilini yolda saxladığı üçün dəfələrlə iradını bildirib. Sonuncu dəfə qonşular arasında mübahisə düşdükdə Rzayev Ələsgərovu bıçaqlamaq qərarına gəlib. Şahin axşam evdən çıxıb, çörək almaq üçün həyətə düşəndə Vidadi bıçaqla ona ölümlə bilavasitə səbəbli əlaqəsi olan xəsarətlər yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




680 19.09.18 16:56