Xarici ölkələrdə təhsil almaq istəyən tələbələrə - XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:07 Azərbaycanda universitetin baş müəllimi vəfat etdi  |     23:01 Həbsdə olan generalın müraciəti geri qaytarıldı  |     22:46 İsrail HƏMAS-a bir həftə vaxt verdi  |     22:35 Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”  |     22:25 Boris Conson özünün gətirdiyi qadağaya görə səs verə bilmədi  |     21:59 Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır  |     21:50 Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar  |     21:45 Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslər nə etməlidirlər?  |     21:39 Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi  |     21:26 Gürcüstan Prezidenti ofşor şirkətlərlə bağlı vergi güzəştlərini nəzərdə tutan qanuna veto qoyub  |     21:05 Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub  |     20:48 Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib  |     20:40 Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb  |     20:35 Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib  |     20:29 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək  |     20:20 Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib  |     20:14 Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz  |     20:06 Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb  |     19:55 Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib  |     19:47 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib  |    

Xarici ölkələrdə təhsil almaq istəyən tələbələrə - XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil.

Bu səbəbdən Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, həmin təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları təhsil sənədlərinin (diplomların) ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Təhsil Nazirliyi xaricdə ali təhsil almaq istəyən vətəndaşları təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa çağırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 799 19.09.18 13:04