ATV telekanalının əməkdaşları avtobus dayanacaqlarında saxlayan taksi sürücüləri ilə bağlı süjet hazırlayıb.
ATV.az-ın məlumatına görə, dayanacaqda avtobusların taksilərin ucbatından yer tapa bilmədiyini lentə alıb.
Çəkiliş zamanı taksi sürücülərindən biri telekanalımızın operatoru Mirəziz Mirəlioğluna bıçaqla hücum edib. O, əvvəlcə operatoru maşınına otuzdurmağa çalışıb, sonra isə onun üstünə hücum edərək, çəkiliş aparmamasını istəyib.
Qeyd edək ki, çəkiliş qrupu polisə şikayət edib və sürücü dərhal saxlanılıb.