Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti oldu

Sentyabrın 9-dan 13-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü illik konfransı və ümumi yığıncağı keçirilib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, konfransda 90 ölkədən 450-dən artıq şəxs, prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

Konsfrans zamanı həmin qurumun ali orqanı olan İcraiyyə Komitəsinə keçirilmiş seçkilər zamanı ölkəmizin ədliyyə və prokurorluq orqanlarının Assosiasiyanın fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın İcraiyyə Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib.

BPA - bütün dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə beynəlxalq təşkilat olmaqla 1995-ci ildə BMT-nin Vyana ofisində yaradılıb. BPA-nın formalaşmasına əsaslı təkan verən amillər sırasında transmilli cinayətkarlığın ciddi şəkildə güclənməsi, xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinin intensivləşməsi, korrupsiya və çirkli pulların yuyulması kimi cinayət növlərinin ildən ilə artması olub.

Xatırladaq ki, K.Əliyev eyni zamanda Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.

K.Əliyev Prezidentin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilərək, ona II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            813 18.09.18 16:18