Professorun evini qarət edən şəxslərin apellyasiya məhkəməsi başlayıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |     13:38 Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:35 Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub  |     13:34 Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır  |     13:29 54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb - FOTO  |     13:28 “Telegram”da tezliklə 16 yeni funksiya olacaq  |     13:20 Smartfon istehsalçılarının reytinqində lider dəyişdi  |     12:59 Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO  |     12:58 Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT (VİDEO)  |     12:56 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur - VİDEO  |     12:55 Biləsuvarda nömrəsiz motosiklet sürdü: 15 günlük həbs edildi  |     12:54 Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ - VİDEO  |     12:24 Tacikistana getmək istəyən Türkiyə vətəndaşları üçün YENİ QƏRAR  |     12:13 Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA  |     12:12 Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”  |     12:11 Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir - VİDEO  |     12:05 Bakıda 12 yaşlı qızcığaz paltar almaq adı ilə qaçırıldı- DƏHŞƏTLİ FAKTLAR - VİDEO  |    

Professorun evini qarət edən şəxslərin apellyasiya məhkəməsi başlayıb - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, ittiham aktına görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o Anar Əmirova professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra Anar Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

İyulun 30-da anten məlumatlarının yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada qalıb. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə oradan Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan iti bibər qazı ilə yatırdıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri daxil olublar. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra evi axtarıblar. Evdən 5000 dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20000 manatlıq qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

Dəstə üzvləri Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Binəqədi RPİ-nin əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, Anar Əmirov əvvəllər 5 dəfə məhkum olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əmirov və N.Musayev 12 il 6 ay, B.Hacızadə 11 il 6 ay, F.Əliyev 11 il və E.Musayev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası sentyabrın 20-nə təyin edilib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 235 17.09.18 17:13