Polis şöbəsinin rəis müavini vəzifəsindən azad edildi - Fədayə Laçının məhkəmə işində » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |    

Polis şöbəsinin rəis müavini vəzifəsindən azad edildi - Fədayə Laçının məhkəmə işində

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.Az
Report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim katibi Tofiq Canıyev ifadə verib.

O qeyd edib ki, hadisədən əvvəl Etibar Məmmədov və digər dustaqların geri qaytarılması ilə bağlı məhkəmənin qərarı olmayıb: "Mən bu barədə məlumatı sonra bildim. Deyəsən hakimin xəbəri axşamdan olub".

Daha sonra T.Canıyev, Lənkəran Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasının rəhbəri Əlişir Fərəcov və Astara Rayon Polis Şöbəsinin müvəqqəti təcridxanasının rəisi Bəşir Bəşirov arasında çarpaz dindirilmə olub.

Təqsirləndirilən Əli Ağami bildirib ki, hadisədən əvvəl ona Bakıya qaytarılacaqlarını deyiblər.

Məhkəmədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisinin sabiq müavini Səadət Tağıyev də dindirilib. S.Tağıyev deyib ki, məhkəmənin təxirə salınacağı barədə ona məlumat verilib: "Fədayə Laçın şöbəyə gələndə onu mən Əlişir Fərəcovun yanına apardım. Lakin üzərinə baxış keçirilmədi. Qadın olduğu üçün bunu etmədik".

Məhkəmədə məlum olub ki, S.Tağıyev dustaqların qaçmasından sonra vəzifəsindən azad edilib. O, hazırda Astara rayonunda sahə müvəkkili vəzifəsində çalışır.

F.Laçın söyləyib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama təcridxanasında E.Məmmədovla Ə.Fərəcovun yanında görüşüb. O bildirib ki, E.Məmmədovla şəkillərini "Malış" ləqəbi ilə tanın bir şəxs çəkib.

Prosesdə vəkil Gülşən Salmanova vəsatət qaldırıb. O, Lənkəran və Astara rayonlarının polis rəislərinin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 321 17.09.18 13:44