Əsgərlikdən gəlib 4 yaşlı qızı zorladı, ölümünə səbəb oldu — Azərbaycanda cinayətin təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Əsgərlikdən gəlib 4 yaşlı qızı zorladı, ölümünə səbəb oldu — Azərbaycanda cinayətin təfərrüatı

4 yaşlı qızı zorlayan şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Median.Az
"ölkə.az”a istinadən xəbər verir ki, Naxçıvanda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməklə ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Ələsgər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə ötən il iyulun 30-da axşam saatlarında baş verib.

Hadisədən bir neçə gün əvvəl hərbi xidmətdən gələn Ələsgər Məmmədov Culfa rayonunda toy məclisində iştirak edib. O, toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.

Səs eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb. Azyaşlı həyatını itirib.

Ələsgər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 180.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Ələsgər Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 971 15.09.18 14:46