İstirahət gününə olan hava proqnozu » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |    

İstirahət gününə olan hava proqnozu

Azərbaycan ərazisində bazar gününə, sentyabrın 16-na olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22°, gündüz 28-32° isti, Bakıda gecə 20-23°, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 16-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 332 15.09.18 14:49