Bakıda taksi sürücüləri arasında müştəriyə görə dava - özünü maşının qarşısına atdı (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda taksi sürücüləri arasında müştəriyə görə dava - özünü maşının qarşısına atdı (VİDEO)

Qaradağ rayonu ərazisində taksi sürücləri müştəri üstündə sözün əsl mənasında mübarizə aparırlar. Onlar qeyd olunan ərazidə yer bölgüsü ediblər. Sürücülərdən biri digərinə ''bura mənim ərazimdir, sən buradan müştəri götürə bilməzsən'' deyir və maşının qarşısını kəsir.

Müştəri üstündə taksi sürücüləri arasında yaranan mübahisə az qala ölümlə nəticələnəcəkdi.

Sürücülərdən biri digərinə söyüş söydüyündən mübahisə daha da böyüyür.

Daha sonra isə həmin sürücü digər sürücünün maşının qarşısına uzanaraq onun hərəkətinə icazə vermir.

Avtomobildə olan sürücü ərazidən tezliklə uzaqlaşmağa çalışsa da bu mümkün olmur. Sürücülər arasında yaşanan bu ölüm-dirim mübarizəsi Qaradağ rayonu, Lökbatan qəsəbəsində, lökbatan dairəsi kimi tanınan ərazidə çəkilərək vatsap nömrəmizə göndərilib.

Məlumata görə, mübahisəyə "Mersedes" markalı avtomobilin sürücüsünün lökbatan dairəsindən şəhər istiqamətində gələn sərnişinləri götürməsi səbəb olub. Orada dayanan taksi sürücülərindən biri buna maneə olmağa çalışıb. Bildirib ki, həmin dairədən şəhər istiqamətində gələn müştəriləri ancaq orada daimi dayanan taksi sürücüləri götürə bilər.

"Mersedes"in sürücüsü buna məhəl qoymadığından mübahisə yaranıb. Digər sürücü isə özünü maşının altına atıb və onun hərəkətinə maneə olub.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, taksi sürücüsünün özünü maşının qarşısına atması və nəqliyyatın hərəkətinə maneə olması yol verilməzdir. Üstəlik həmin taksi sürücüsü ''bura mənim ərazimdir, buradan heç kim sərnişin götürə bilməz'' ifadəsini də işlədə bilməz. Ekspertin fikrincə aidiyyatı qrumlar bu məsələni araşdırmalı və həmin şəxsi inzibat məsuliyyətə cəlb etməlidir

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücülərin bu hərəkəti yaxşı hal hesab edilmir və cəmiyət arasında belə hərəkətlərin baş verməsi milli mentalitetimizə ziddir. İstənilən halda onların bu kobud hərəkəti polis tərəfindən araşdırılacaq və müvafiq tədbirlər görüləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 828 14.09.18 16:18