Zorlanmamaq üçün özünü binadan atan qadın danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Zorlanmamaq üçün özünü binadan atan qadın danışdı - VİDEO

Bakıda təcavüzə uğramamaq üçün özünü binadan atan qadın danışıb.

Qadını evə təmizlik işi üçün çağıran şəxs ona təcavüz etmək istəyib.

“Space” TV-yə danışan Zəminə Məmmədovanın sözlərinə görə, ona təcavüz etmək istəyən 27 yaşlı İlkin Vəlizadə evin qapısını bağlayıb:

“Mənə təcavüz etmək istəyən zaman onu itələdim və qapıya doğru qaçdım. Qapı bağlı olduğu üçün yalvardım ki, anan yaşında qadınam. Dedi, könüllü razılaş. Səni vuraram, özündən gedərsən, heç xəbərin də olmaz. İstədiyimi edərəm”.

Qadın bildirib ki, İlkin mənzildə kirayədə yaşayır:

“Kirayədə yaşadığını etiraf etdi. Dedi ki, sənə hər şey edərəm və çıxıb gedərəm. Heç kim məni tapa bilməz. Ona bildirdim ki, məni burax, heç kimə heç nə deməyəcəyəm, şikayət də etməyəcəyəm, sakitcə gedim.

Məni sürümək istədi. Onu itələyib yıxdım, mətbəxə tərəf qaçdım. Ondan sonra çıxılmaz vəziyyətdə qaldım və canımı qurtarmaq üçün özümü mənzilin pəncərəsindən atdım”.

Zərərçəkən qeyd edib ki, vətəndaşlardan kömək istəsə də, ona yardım edən olmayıb:

“Yalvardım ki, polis çağırın, amma pəncərəni örtdülər. Küçədəkilər üzlərini çevirib getdilər”.

Qeyd edək ki, hadisəni törədən İlkin Vəlizadə Qaradağ Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 881 14.09.18 13:06