Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini Nazim Cahangirovdan 3,1 qram heroin, “Mercedes” markalı avtomobilinin yük yerindən isə 1 kq 610 qram marixuana aşkar edilərək götürülüb.
Bakı ş. BPİ İstintaq İdarəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.