Azərbaycanlı qadınları Türkiyədə “satan” məhkəmə qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanlı qadınları Türkiyədə “satan” məhkəmə qarşısında

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Namiq Şaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən N. Şaməmmədov özünü təqsirli bilib.

Sonra zərərçəkmiş şəxslər ifadə verib.

İttihama görə, Namiq Şaməmmədov 2018-ci il fevralın 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.

Məlum olub ki, o, Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb və insan alverinə məruz qoyub. Cinayət işi üzrə beş qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Namiq Şaməmmədov həmin qadınları xadimə və digər işlər görümək adı ilə Türkiyəyə aparmağa vəd verib. Mingəçevir şəhərindən və digər rayonlardan olan beş qadını bu adla aldadaraq, Türkiyəyə aparıb. Türkiyədə həmin qadınların kişi müştərilərlə görüşdürməsinə mütəşəkkil dəstənin digər üzvləri şərait yaradıb.

Türkiyədən qayıdan zərərçəkmişlər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Müraciət əsasında axtarışa verilən Namiq Şaməmmədov Mingəçevir şəhəri ərazisində həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 514 13.09.18 12:09