Qeyri-rəsmi arvadını ayağı ilə boğub, öldürən sahibkarın cəzası qüvvəsində qalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |    

Qeyri-rəsmi arvadını ayağı ilə boğub, öldürən sahibkarın cəzası qüvvəsində qalıb

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Fərhad Şaqalıyevin (1968-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, 2017-ci il oktyabrın 24-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlibabayev küçəsindəki 4 saylı evin 3№i mənzilinə baxış keçirilib. Döşəmədə və çarpayının yanındakı dolabda qan ləkələri, çarpayıda yorğanla örtülmüş, arxası üstə üzanmış vəziyyətdə qadın cinsli meyit aşkar edilib. Əynində qara rəngli köynək və şalvar, üz nahiyəsinin və boyun nahiyyəsində xəsarət izləri olub. Hadisə yerindən götürülmüş kağızın üzərində «Mən Şaqalıyev Fərhad. Sadıqova Gülnarənin əri olaraq, məni saymadığına görə öldürdüm. Bu qətldə heç kəs günahkar deyil. Biz sadəcə olaraq qısqanclığ zəminində bir-birimizi həmişə suçladıq. Mən dözmədim, təəssüf ki, öldürdüm. Ayağımı çəkəndə gördüm ki, ölüb.» sözlərinin yazıldığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə,
Gülnarə Sadıqovanın ölümünə boyun üzvlərinin bərk-küt əşya ilə sıxılması nəticəsində baş vermiş boğulma səbəb olub.

İstintaqla müəyyən edilib ki, Fərhad Şaqalıyev qeyri-rəsmi münasibətldə olduğu Gülnarə Sadıqova Gülnarəyə yeni ev tikdirəcəyi adı ilə, sonuncunun Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanında yerləşən evini 2014-cü ildə 32.000 manata satdırıb, əldə edilən pulu öz ehtiyacları üçün xərcləyib. Bu zəmində aralarında olan mütəmadi mübahisələrə və pul tələblərinə son qoymaq üçün tamah niyyəti ilə onu öldürmək qərarına gəlib. 2017-ci il oktyabrın 24-də Şaqalıyev sərxoş vəziyyətdə Sadıqovanın kirayədə yaşadığı Bakixanov qəsəbəsi, Adil Əlibabayev küçəsi, məhəllə 4085, ev 4, mənzil 3-ə gələrək, onunla mübahisə edib. Əlləri və ayaqları ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq, qadını yerə yıxıb. Müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, sağ ayağı ilə Gülnarənin boyun nahiyəsini sıxaraq, onu boğaraq qəsdən həyatdan məhrum edib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Fərhad Şaqalıyev bildirib ki, xırda sahibkarlıqla məşğul olub, fərdi yaşayış evləri tikdirib satmaqla ailəsini dolandırıb. Təxminən 4-5 il əvvəl Gülnarə Sadıqova ilə tanış olub. Belə ki, İradə adlı qadın müraciət edərək, rəfiqəsinə ev lazım olduğunu bildirib, sonra isə Gülnarə əri ilə Şəhər şossesi, döngə 5 ünvanında satdığı еви 25.000 dollara almağa razılaşıblar. Həmin vaxt Sadiqovanın pulu tam olmadığından ona 20.000 dollar verib və razılaşıblar ki, qalan 5000 hissə-hissə verəcək. O, vaxtki kursla evi 31000 satıb. Evi aldıqdan 2-3 ay sonra Gülnarə ikinci yoldaşından boşanıb, həmin vaxtdan Fərhadın onunla yaxın münasibətləri yaranıb. Arvadından boşanmadan, Sadiqova ilə dini kəbin kəsdirib. Rəsmin nigahda olan həyat yoldaşına tez-tez yalandan deyib ki, rayonda sifarişçilər üçün ev tikir və ona görə orda yaşamalıdır. 31000 manat pulu onunla birgə müxtəlif ev xərclərinə istifadə edib.O, həmin pulun dəyərində Gülnarə üçün yeni ev alacağınI söz verib. Həmin dövrlərdə pula ehtiyac artdığından, habelə şəxsi biznesində geriləmə baş verdiyindən bu niyyətini həyata keçirə bilməyib. 2017-ci ilin əvvəllərində Sadiqova bir neçə dəfə pulun xərclənib qurtarmasından gileylənib. Gülnarənin bu məsələyə görə fikir çəkməməsi üçün fevralın 6-da 16 saylı notariat kontorunda, onunla mövcud borcun etirafı haqqında müqavilə bağlayıb. Amma bundan bir neçə gün sonra Gülnarə müqavilənin, onların arasında olan münasibətə yaraşmadığını deyərək cırıb atıb. Fərhadın fikri maddi vəziyyəti düzələn zaman, ev tikdirərək Sadıqovaya bağışlamaq olub. Bu illər ərzində müxtəlif ünvanlarda kirayədə qalıblar. O, vaxtının əksər hissəsini Gülnarə ilə keçirib, onunla bir neçə dəfə İrana və Gürcüstana gedib. Hadisədən 1 ay əvvəl onlar Bakıxanov qəsəbəsində yaşamağa başlayıblar. Gülnarə ona ev tikdirmədiyi, həmçinin qısqandığı üçün, aralarında tez-tez mübahisələri baş verib. Oktyabrın 23-də sərxoş vəziyyətdə evə gəlib. Evə gec gəldiyi üçün Gülnarə onunla dava etməyə, həmin vaxta qədər harda olduğunu soruşub. Fərhad qadını itələdikdə, Gülnarə yerə yıxılıb və qolunu əzib. Buna görə, onu 3 saylı xəstəxanaya aparıb, orda ona tibbi yardım göstərilib və qoluna sarğı qoyulub. Ayın 24-də günorta vaxtı rəsmi ailəsinin yanında olan zaman Gülnarə zəng edərək narazı şəkildə harda olduğunu soruşub və onu evə çağırıb. O, mənzildən cıxandan sonra Elman adlı dostu ilə görüşüb, axşam saat 18-ə qədər kafedə spirtli içki qəbul ediblər. Evə qayıdanda Gülnarə onunla aressiv şəkildə danışdığı üçün, qadını sifətindən vurub. Sonuncu yataq otağında, çarpayı ilə şkafın arasında yerə yıxılıb. Gülnarənin söyüşlərindən əsəbləşdiyi üçün ayağı ilə, ağzını, sonra isə boğazını sıxıb. Ayağını həmin vəziyyətdə təxminən bir dəqiqə saxlayıb. Ona hansı qüvvə ilə təsir etdiyini anlamayıb. Cəld hamam otağına gedib, əllərinə soyuq su ilə islatıb və qayıdıb, ayılması üçün Gülnarəyə bir neçə sillə vurub. Ona süni tənəffüs verib. Qadın tərpənmədiyi üçün, keçindiyini başa düşüb. Onu üzü üstə çarpayıya uzatıb, otağın və evin qapısını bağlayıb marketə gedib və pivə alıb, küçədə içməyə başlayıb. Evdə olan Gülnarənin oğlu Anar həmin vaxt yatıb. Fərhad Anarın oyanıb, meyiti görəcəyini düşünüb və bunun qarşısını almaq üçün dərhal mənzilə qayıtıb. O, uşaqa anasının evdə olmadığını deyib, onunla birlikdə polis idarəsinə gedərək törətdiyi cinayət barədə məlumat verib və könüllü təslim olub.

Şahid qismində dindirilmiş İsrafil Nuriyev bildirib ki, Gülnarə Sadıqova onun anası olub. 8 yaşınadək onu Şamaxı rayonunda nənəsi saxlayıb, anası Bakıda mağazada satıcı işləyib, ikinci nigahından Anar adlı övladı dünyaya gəlib. 2008-ci ildə anası 15000 manata Suraxanı qəsəbəsində fərdi yaşayış evi alıb və 5 ildən sonra onu 25000 manata satıb. Həmin pulu Fərhad adlı şəxsə verərək, sonuncudan yeni ev tikməsini xahiş edib. Təxminən 3 aya Şaqalıyev onlar üçün Sabunçu qəsəbəsində yeni ev tikdirib. Bir müddət sonra Fərhad evlərinə gedib-gəlməyə başlayıb və onlar bir ailə kimi yaşayıblar. 2014-cü ildə Şaqalıyev evlərini 31000 satıb və onlar Bakıxanov qəsəbəsində, bina evində kirayədə yaşamağa başlayıblar. Gülnarə əldə etdiyi pulun hamısını onlar üçün yeni ev tikdirməsi məqsədi ilə Fərhada verib. 25000 manata alınan evi 31000 manata satdığı üçün anasının ona inamı yaranıb, lakin uzun müddət keçməsinə baxmayaraq sonuncu nə ev tikdirib, nə də aldığı pulu geri qaytarıb. Buna görə də aralarnda pul məsələsinə görə narazılıq yaranıb. Anası sadəcə pulunu geri almaq üçün, onunla münasibətini davam etdirib. Mübahisələr zamanı Gülnarə Fərhada arvad hesabına yaşadığını deyib. Oktyabrın 24-də evə gələn Nuriyev görüb ki, anasının yataq otağının qapısı kilidlidir. 10-15 dəqiqə sonra evə polis əməkdaşları gəlib. Şahid hesab edib ki, Şaqalıyev anasının pulunu tələb etməsindən bezib və bundan yaxa qurtarmaq üçün, onu qətlə yetirib.

Zərərçəkmişin hüquqi varisi Gülər Şıxalıyeva Gülər Fəzalı qızı ifadəsində göstərib ki, ayın 23-də Fərhad onun digər qızına zəng edərək əlindən xəta çıxdığını, bilmədən Gülnarəni öldürdüyünü və polisə təslim olacağını deyib. Qızının meyitini morqdan götürəndən sonra, onu Şamaxıda dəfn ediblər. Sonradan ona məlum olub ki, qızı evini 32000 manata satıb, təxminən 2000 manat məbləğində borclarını qaytarıb, 30.000 isə yeni ev tikməsi üçün təqsirləndirilən şəxsə verib.

Məhkəmə prosesində Fərhad Şaqalıyev özünü qismən təqsirli bilib. Zərərçəkmişin hüquqi varisi bildirib ki, o pulu təqsirləndirilən şəxsdən tələb edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli CÇM-də çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 178 12.09.18 18:10