Azərbaycanlı biznesmen “Banan Elçin” axtarışa verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |    

Azərbaycanlı biznesmen “Banan Elçin” axtarışa verildi

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin Sankt-Peterburq üzrə müstəntiqləri “Aysel” və “AyBaRus” şirkətlərinin rəhbəri, Rusiyanın nəhəng meyvə və tərəvəz istehsalçılarından biri olan Elçin Əhmədovu quldurluqda ittiham ediblər.

Median.Az
xəbər verir ki, bununla bağlı “Kommersant” məlumat yayıb.

Əhmədov federal axtarışa verilib və yaxın vaxtlarda bu, beynəlxalq axtarışla əvəz oluna bilər.

İstintaq məlumatlarına görə, 2015-ci il noyabrın 20-də, səhər saat 9-dan 11-dək Əhmədov, onun əməkdaşı Cavid Mansurzadə, eləcə də, qeydi-müəyyən şəxslər “Royal” şirkətinin Sofiya küçəsindəki anbarına gəlib, aldatma yolu ilə şirkətin kassasına daxil olublar.

Onlar əllərində silaha oxşar alətdən istifadə edərək, kassadan “Royal”ın sahibi Novruz Xəlilova məxsus 12 milyon rubl (171,5 min dollar - red.) pulu götürüblər.

Əməli sübuta yetirilərsə, Elçin Əhmədovu 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir. O, qeydiyyatda olduğu ünvanda tapılmayıb və axtarışa verilib.

Məlumatlara görə, şirkət rəhbəri sağlamlığı ilə əlaqədar Rusiyadan kənarda olduğu üçün o, beynəlxalq axtarışa verilə bilər.

Qeyd edək ki, Elçin Əhmədov Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və məlumatlara görə, hətta banan idxalı üzərində monopoliyaya malik olub. Bu səbəbdən ona “Banan Elçin” ləqəbi də qoşublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 440 12.09.18 16:29