Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək

Azərbaycanda gələn ildən hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur.

Median.Az
xəbər verir ki, bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

G.Hüseynovanın sözlərinə görə, bu barədə onlara Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov məlumat verib:

"Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəstələrin hər birinin elektron kartla təmin olunması və həmin kartla onlara elektron reseptlərin verilməsi planlaşdırılır.

Artıq 2019-cu ildə bütün hemofiliyalı xəstələr üçün dərmanlar elektron reseptlərlə buraxılacaq. Regionlarda yaşayan xəstələr müalicə üçün Regional Hemofiliya mərkəzlərinə müraciət edə biləcəklər və orada onlara elektron reseptlər yazılacaq. Xəstələr dərmanlarını bunun üçün müəyyən edilmiş xüsusi apteklərdən alacaqlar.

Hesab edirik ki, dərmanların elektron reseptlə verilməsi şəffaflığın artırılmasına xidmət edəcək".

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib ki, hazırda Bakıdakı şəkərli diabet xəstələri elektron reseptlərlə dərman alırlar. Onlar elektron sağlamlıq kartlarına yazılan elektron reseptləri ilə imtiyazlı apteklərdən dərmanlarını ala bilirlər.

C.Əsəd-zadə bu sistemin artıq bir neçə ildir ki, tətbiq edildiyini söyləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 075 12.09.18 15:08