Median.Az xəbər verir ki, Şəki ŞRPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, evindən isə 7 kq. yaxın marixuana aşkar ediblər.
Bundan başqa, Qax RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Bəhruz Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu, habelə 302,27 qram marixuana aşkar edilərək götürülüb, Ağdam RPŞ-nin əməkdaşları əməliyyat tədbirləri nəticəsində Baharlı kənd sakini Fəxrəddin Hüseynovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.