Sabunçuda ərini küt alətlə öldürən qadının məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Sabunçuda ərini küt alətlə öldürən qadının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Tünzalə Vəliyevanın (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 7-də Sabunçu qəsəbəsi, Ə.Əlizadə, 45 ünvanında Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Nazim Vəliyevin (1989-cu il təv.) başına meyvə qabını vurub. Sonuncu yerə yıxılandan sonra qadın qaz balonu ilə daha bir neçə dəfə ərinin başına zərbə endirərək, onu öldürüb. Hadisəni törədən T. Vəliyeva 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqın gedişatında məlum olub ki, Nazimlə Tünzalə 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşayıblar və iki övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez sərxoş vəziyyətdə evə gəlib və yoldaşını döyüb.
Bununla əlaqədar Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib. Noyabrın 7-də ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman qadın masanın üzərindəki iri meyvə qabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə dəfə vurub. Qeyd edək ki, hadisə vaxtı Vəliyevanın bir qolu sınıq olub. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və nəticədə qadının qolu sınıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış sentyabrın 17-ə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 961 11.09.18 11:31