“Sən çaşmasaydın, vurulmazdın” – İki dostin iki manatlıq davasının TƏFƏRRÜATLARI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

“Sən çaşmasaydın, vurulmazdın” – İki dostin iki manatlıq davasının TƏFƏRRÜATLARI

İki dost 2 manat 50 qəpiyə görə dava ediblər. Mübahisə əvvəlcə davaya, daha sonra isə qanlı cinayətə çevrilib. Dostlardan biri sinəsindən bıçaq zərbəsi alıb, onu ölümdən xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilərək həbs edilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Ceyhun Abbasov ifadə verib.

Əvvəlcə hakim Ceyhun Abbasova məhkəmənin çağırışlarına məhəl qoymayaraq bir neçə aydır, proseslərə gəlməməsinə görə iradını bildirib. Zərərçəkmiş isə xəstə olduğunu əsas gətirib.

Sərbəst ifadə verən Ceyhun hadisənin baş verməsinin səbəbi kimi dostu ilə aralarında yaranmış mübahisəni göstərib. Hakim və dövlət ittihamçısı dəfələrlə mübahisənin baş vermə səbəbini soruşsa da, Ceyhun elə "anlaşılmazlıq oldu, mübahisə elədik” deyərək konkret cavab verməkdən yayınıb.

Hakim təqsirləndirilən Elvindən də hadisənin baş vermə səbəbini soruşub. Elvin isə deyib ki, bıçaqladığı Ceyhun özü bilir. Vuran və vurulan hadisənin səbəbini gah gizlətməyə, gah da cavabı bir-birinin üstünə atmağa çalışıblar.

Çoxsaylı suallardan sonra Ceyhun deyib ki, mübahisəyə səbəb pul olub. Həmin məbləğ isə 2 manat 50 qəpik imiş. Ceyhun deyib ki, Elvinə 2 manat 50 qəpik verərək başqa bir tanışlarına çatdırmasını istəyib. Amma Elvin pulu sahibinə çatdırmayıb və onların arasında mübahisə yaranıb.

Elvin bu sözlərə müdaxilə edib və deyib ki, həmin şəxsə pulu versə də götürməyib. Təqsirləndirilən Elvin əlavə edib ki, Ceyhunu vurmasının səbəbi başqadır: "Adam adamı durduq yerdə vurmaz. Əlbəttə ki, bir səbəbi var. Bunu da Ceyhun özü yaxşı bilir. Çaşmasaydın, vurmazdım. Mən ona 10 dəfə adam balası kimi izah elədim. Dedim ki, pulu verdim götürmədi. Amma başa düşmədi ki, düşmədi”.

Hadisə ötən ilin dekabrında baş verib. Məlum olub ki, bıçaqlanma hadisəsindən əvvəl də Ceyhun Elvini döyübmüş. Elvin də bunun qisasını almaq istəyib. Amma Elvin məhkəmədə döyülmədiyini israrla deyib. Ceyhun isə israrla Elvini vurduğunu deyib.

Elvin bildirib ki, Ceyhunla eyni qəsəbədə qalır və münasibətləri yaxşı olub. Amma mübahisə zamanı Ceyhun ona xoşagəlməz sözlər dediyi üçün onu vurub. Ceyhun da, Elvin də dava zamanı söyüş söymədiyini deyir. Elvin davanın pul üstündə olmadığını da deyir. Belə olan halda hadisənin baş verməsinin əsas səbəbi gizli qalır.

Elvin Hümbətova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Amma Elvin deyir ki, dostunu öldürmək yox, cəzalandırmaq niyyəti olub. O, Ceyhuna bir bıçaq vurandan sonra hadisə yerindən qaçıb.

Sinəsindən bıçaq zərbəsi alan Ceyhun da deyib ki, Elvinin onu öldürmək niyyəti olmayıb. Əgər belə bir niyyəti olsaydı, edərdi: "Mənə bir dəfə vurdu və qaçdı. Sinəmə batan bıçaq qırılıb yerə düşdü. Mən ayağa qalxmaq istəsəm də yıxıldım. Məhəllədə camaat səsə gəldi. Məni maşına qoyub xəstəxanaya çatdırdılar”.

Ceyhun dostu Elvindən şikayətçi olmadığını, onu ilk gündən bağışladığını deyib. Məhkəmədə şahid qismində zərərçəkmiş Ceyhunun dayısı İsrafil İsrafilov da dindirilib.

O, deyib ki, Ceyhunla Elvinin dalaşmasından xəbər tutanda onları sakitləşdirməyə çalışıb: "İlk dəfə dava edəndən sonra Elvin bizim qapıya gəldi. Ceyhunu soruşdu. Mən də ondan xahiş elədim ki, məsələni böyütməyin. Hadisənin böyüməsini istəmirdim. Elvin çıxıb gedəndə elə bildim ki, məsələ həll oldu. Amma sonra Elvinin Ceyhunu vurduğunu eşitdim”.

Məhkəmə iclası sentyabrın 14-də davam edəcək.//minval.infoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 966 10.09.18 14:34