Bakıda və regionlarda oğurluq törədən 13 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda və regionlarda oğurluq törədən 13 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının istintaq-axtarış tədbirləri nəticəsində avqustun 11-də evdən 1000 dollar, 1700 manat və qızıl saat oğurlayan Bakı şəhər sakinləri Taleh Babayev və Ceyhun Cabbarov saxlanılıblar.

Bundan başqa, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də evdən 50 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılıb, Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 5-də Binəqədi qəsəbəsi ərazisindəki evin həyətindən 36 metr metal borunu oğurlayan paytaxt sakini Elvin Alıyev saxlanılıb, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 1-də rayon ərazisindəki evdən 2 ədəd mobil telefon oğurlayan Xudat şəhər sakini Fərid Əliyev saxlanılıb, Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də avtomobildən 100 dollar, 40 manat və qızıl boyunbağı oğurlayan Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb, sentyabrın 6-da Şəmkir rayonunun Zəyəm Dəmir yolu stansiyasının ərazisindən 53 ədəd taxta və 32 ədəd beton şpalı oğurlayan Gədəbəy rayon sakinləri Cənnət Əsgərov və Məhəmməd Məmmədzadə DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar, Cəlilabad RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə Göytəpə şəhərində, evdən 20.000 manat dəyərində qızıl əşyalar oğurlayan əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 1-də rayon ərazisindəki evdən 22 metr elektrik naqili və məişət əşyaları oğurlayan şəhər sakini Seymur Əliyev saxlanılıb, Bərdə RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon sakini Nəsibə Piriyevanın həyətyanı sahəsindən 1 baş inək oğurlayan rayon sakinləri Arzum Qocayevi və Məhəmməd Məmmədovu saxlanılıblar, Beyləqan RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon ərazisindəki evdən 6600 manat oğurlayan rayon sakini Lalə İsmayılova saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğruluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 954 07.09.18 19:01