Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar - O isə "işverən" dedi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |    

Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar - O isə "işverən" dedi (VİDEO)

Sosial şəbəkələrdə Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağlanılması ilə bağlı video yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə dünən saat 09:00 radələrində baş verib. Yasamal rayonu Mirəli Seyidov küçəsi 31-38-ci kvartalda yerləşən "İlahiyyat" məscidində oğurluq edən şəxsi dindarlar dirəyə bağlayıb, polis çağırıblar. Hadisə baş verən əraziyə gələn Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları oğurluq edən şəxsi saxlayıblar.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "İlahiyyat" məscidinin imam köməkçisi Ağalar Seyidov həmin şəxsin "İlahiyyat" məscidindən dəfələrlə oğurluq etdiyini bildirib:

"Hadisə dünən baş verib. Oğrunu tutub dövlət orqanlarıına təhvil vermişik. Həmin oğru buradan 20-30 dəfə oğurluq edib. Onu həm də ona görə dirəyə bağladıq ki, qorxub, bir də oğurluq etməsin. O, adam da bilir ki, yenə də onu buraxacaqlar. Dəfələrlə oğurluq etdiyinə görə polisə təhvil verilsə də, yenidən azadlığa buraxılır. Oğrunun adını və soyadını isə bilmirəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 875 07.09.18 12:49