Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar - O isə "işverən" dedi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |    

Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar - O isə "işverən" dedi (VİDEO)

Sosial şəbəkələrdə Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağlanılması ilə bağlı video yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə dünən saat 09:00 radələrində baş verib. Yasamal rayonu Mirəli Seyidov küçəsi 31-38-ci kvartalda yerləşən "İlahiyyat" məscidində oğurluq edən şəxsi dindarlar dirəyə bağlayıb, polis çağırıblar. Hadisə baş verən əraziyə gələn Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları oğurluq edən şəxsi saxlayıblar.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "İlahiyyat" məscidinin imam köməkçisi Ağalar Seyidov həmin şəxsin "İlahiyyat" məscidindən dəfələrlə oğurluq etdiyini bildirib:

"Hadisə dünən baş verib. Oğrunu tutub dövlət orqanlarıına təhvil vermişik. Həmin oğru buradan 20-30 dəfə oğurluq edib. Onu həm də ona görə dirəyə bağladıq ki, qorxub, bir də oğurluq etməsin. O, adam da bilir ki, yenə də onu buraxacaqlar. Dəfələrlə oğurluq etdiyinə görə polisə təhvil verilsə də, yenidən azadlığa buraxılır. Oğrunun adını və soyadını isə bilmirəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 890 07.09.18 12:49