Median.Az xəbər verir ki, sentyabrın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs vətəndaş Sergey Truxanova zor tətbiq edərək, ona məxsus 28 manat pulunu alıb.
Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Hüseynov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.