Neftçilər prospektində hərəkət qismən məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Neftçilər prospektində, Bakı limanına gedən dəmiryol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq, üç gün ərzində təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.