Azərbaycanda polisə etiraz edən qadın özünü bıçaqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda polisə etiraz edən qadın özünü bıçaqladı

Sabirabad rayonunda 34 yaşlı qadın özünü bıçaqlayıb.

Median.Az "report”a istinadən xəbər verir ki, rayonun Rüstəmili kənd sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Zəminə Məhəmməd qızı özünə bıçaqla xəsarət yetirib. Z.Nağıyeva qarının ön divarının 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Hadisə polis əməkdaşlarının həmin qadının yaşadığı evdə həyat yoldaşının narkotik vasitə saxlamasında şübhəli bilinərək evdə axtarış aparmalarına etiraz olaraq baş verib. Yaralı elə polis əməkdaşları tərəfindən də xəstəxanaya çatdırılıb.

Həmin qadının əri 29 yaşlı Xəyyam Nağıyev polis tərəfindən tutulub.

DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsi və Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Rüstəmli kəndində yaşayan X.Nağıyev saxlanılıb.

Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 020 01.09.18 16:49