Soçidə İlham Əliyev və Putinin görüşü başladı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Soçidə İlham Əliyev və Putinin görüşü başladı - FOTO

Bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri, eləcə də, regional problemləri müzakirə edəcəyik.

Median.Az
-ın TASS-a istinadən xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü zamanı deyib.

Azərbaycan və Rusiya prezidentləri bəyan ediblər ki, rəsmi Moskva və Bakının münasibətlərindən razıdırlar.

“Bizim görüşlərimiz daimi xarakter daşıyır. Təbii ki, bu strateji tərəfdaşlıq adlandırdığımız geniş əlaqələrdir”, - Rusiya prezidenti İlham Əliyevi Soçidə qarşılayarkən deyib.

Putinin sözlərinə görə, “münasibətlər həm siyasi, həm də iqtisadi xətt üzrə inkişaf edir”.

“Ötən il ticarət dövriyyəsi 34 faiz, cari ilin ilk aylarında mülki məhsulların satışı 20 faiz artıb”, - Putin qeyd edib.

Vladimir Putin etiraf edib ki, İlham Əliyevin Rusiyaya səfər təklifini qəbul etdiyinə şaddır.

Azərbaycan prezidentinin fikrincə, Rusiya prezidenti ilə görüşlər “iki ölkənin münasibətlərinə dinamizm gətirir”.

“Biz bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən razıyıq, münasibətlərimiz effektiv inkişaf edir”,- İlham Əliyev deyib.

Azərbaycan prezidentinin sözlərinə görə, “iqtisadi əməkdaşlıq üçün böyük potensial var”.

“Əminəm ki, ticarət dövriyəsi növbəti illərdə də artacaq”, - o qeyd edib.

Dövlət başçısı əminliyini vurğulayıb ki, bugünkü görüş iki ölkənin münasibətlərinə əlavə impuls verəcək”.

İlham Əliyev Vladimir Putinlə yeni görüşə şad olduğunu bildirib.









скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 326 01.09.18 14:30