Mehriban Əliyeva: Sevginizi və dəstəyinizi həmişə hiss etmişəm » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Mehriban Əliyeva: Sevginizi və dəstəyinizi həmişə hiss etmişəm

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva ad günü ilə əlaqədar çoxsaylı təbrik məktubları alıb.

Mehriban xanım Əliyeva ona səmimi arzularını, ürək sözlərini bildirən bütün insanlara müraciət edərək təşəkkürünü ifadə edib:

“Əziz dostlar,

Doğum günüm münasibətilə çoxlu təbriklər almışam. Ən müxtəlif insanlar mənə səmimi arzularını, ürək sözlərini ünvanlayırlar. Tələbələr və pensiyaçılar, həmvətənlərimiz və xaricdəki dostlarımız mənə məktub yazırlar.

Çox təəssüf ki, sizin hər birinizə şəxsən cavab verməyə fiziki baxımdan imkanım yoxdur. Lakin mənə ünvanladığınız səmimi sözlərə, fəaliyyətimə verdiyiniz xoş və yüksək qiymətə görə hamınıza ürəkdən təşəkkür edirəm. Hər bir təbrik mənim üçün dəyərlidir və mənə müsbət enerji verir.

Əziz dostlar,

Biz dinamik inkişaf edən dünyada yaşayırıq. Baş verən bütün dəyişikliklərə baxmayaraq, insanlıq və saflıq, səmimilik və xeyirxahlıq, mərhəmət və sevgi həmişəki kimi başlıca dəyərlər olaraq qalır.

Mən sizin sevginizi və dəstəyinizi həmişə hiss etmişəm. Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir. Buna görə sağ olun. İnanın ki, bu, doğum günü üçün ən yaxşı hədiyyədir.

Əziz dostlar,

Diqqətinizə və səmimi təbriklərinizə görə sizin hamınıza bir daha ürəkdən təşəkkür edirəm.

Sizin hamınıza xoşbəxtlik, cansağlığı, nurlu, sevgi ilə dolu həyat, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 917 01.09.18 14:28