Yeni şəxsiyyət vəsiqələrinin - RÜSUMLARI » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |    

Yeni şəxsiyyət vəsiqələrinin - RÜSUMLARI

Bu gündən “ASAN xidmət” mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsinə başlanılıb.

Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

E.Niftəliyev bildirib ki, bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.

“15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur”.

“ASAN xidmət” rəsmisi bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur.

“10 gün müddətinə 5 manat, üç gün müddətində 25 manat, bir gün müddətinə isə 35 manat təşkil edir. Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub.

Belə ki, 10 gün ərzində 4 manat, üç iş günü müddətində 20 manat, bir iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            13 497 01.09.18 13:17