Azərbaycan universitetlərində ən bahalı ixtisaslar – Siyahı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |    

Azərbaycan universitetlərində ən bahalı ixtisaslar – Siyahı

Azərbaycanda abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu başa çatıb. Artıq hər kəs oxuyacağı universiteti seçib. Bəs, ölkədə ödənişi ən yüksək olan ixtisaslar hansılardır? Oxu.az ölkədəki ödənişləri yüksək olan ixtisasları təqdim edir:

Bakı Dövlət Universitetinin hüquq ixtisası 4500 AZN, beynəlxalq münasibətlər ixtisası 2900 AZN, dünya iqtisadiyyatı ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası2100 AZN, tarix ixtisası 2100 AZN, filologiya ixtisasında 2100 AZNə təhsil almaq mümkündür.

Azərbaycan Diplomatik Akademiyası (ADA)

ADA-da hüquq fakültəsi 6500 AZN, beynəlxalq əlaqələr ixtisası 6000, biznesin idarə edilməsi ixtisası 6000, İnformasiya texnologiyaları ixtisası 6000 AZN təşkil edir.

Azərbaycan Dillər Universiteti

ADU-da Azərbaycan dili müəllimliyi ixtisası 2500 AZN, tərcümə ixtisası 2500 AZN, regionşünaslıq ixtisası 2500 AZN, beynəlxalq münasibətlər ixtisası2500 AZN, ingilis dili müəllimliyi ixtisası 2500 AZN, ingilis dili filologiyası ixtisası2500 AZN, ingilis dili tərcümə ixtisası 2500 AZN təşkil edir.

Burada ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardadır – 1000 AZN.

Azərbaycan Tibb Universiteti

ATU-da müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq ixtisası 4000 AZN, stomotologiya ixtisası 4000 AZN, tibbi profilaktika ixtisası 4000 AZN-dir.

Xəzər Universiteti

Burada müəllimlik ixtisası 4500 AZN, iqtisadiyyat ixtisası 4000 AZN, tərcümə ixtisası 5000 AZN, mühəndislik ixtisası 4500 AZN, turizm ixtisası 5000 AZN təşkil edir.

Dövlət İdarəçilik Akademiyası

Akademiyada kompüter elmləri ixtisası 2500 AZN, politologiya ixtisası 3000 AZN, beynəlxalq münasibətlər ixtisası 3000 AZN, hüquqşünaslıq ixtisası 3000 AZN, dövlət və bələdiyyə idarəetməsi ixtisası 3000 AZN, menecment ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası 2500 AZN-ə təhsil almaq imkanı ıldı edə bilərsiniz.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

ADNSU-da təhsil almaq üçün neft və qaz ixtisası 2100 AZN, kompüter elmləri ixtisası ixtisası 1800 AZN, kompüter mühəndisliyi ixtisası 1800 AZN, sənayenin təşkili və idarə olunması ixtisası 2100 AZN-dir.

Universitetlərin təhsil haqlarına nəzər salsaq, məlum olur ki, son beş il ərzində ixtisasların ödənişləri artıb.

Belə ki, təhsil haqqı 200-1500 manat miqdarında yüksəlib. Məsələn, Azərbaycan Tibb Universitetində beş il əvvəl ixtisaslarda ödəniş 2000 AZN, ötən il 3000 AZN, bu isə 4500 AZN-dir. Bakı Dövlət Universitetində isə hüquq 2500 AZN idi. İndi isə bu rəqəm 4500 AZN təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 277 31.08.18 17:21