Təyyarədə doğulan uşaq hara vətəndaşı olur? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Təyyarədə doğulan uşaq hara vətəndaşı olur?

“The Sunday Telegraph” qəzeti yazır ki, Türk Hava Yolları şirkətinin təyyarəsi mənzil başına göyərtəsində bir əlavə sərnişinlə çatıb.
Məqalədə deyilir ki, təyyarə heyəti hamilə sərnişin qadının 13 kilometr yüksəklikdə doğmasına kömək etməli olub. Nafi Diaby adlı qadın Qvineyadakı Konakri şəhərindən Burkina Fasonun paytaxtı Uaqaduquya uçarkən sancıları başlanıb. Beləliklə Kadiju və ya Xədicə adlı qız dünyaya səmada gəlib. Boeing 737-900 təyyarəsi enən kimi ana və uşaq xəstəxanaya aparılıblar. Hər ikisinin vəziyyəti qənaətbəxşdir. “The Telegraph” yazır ki, bu, uşağın uçuş vaxtı doğulduğu yeganə hal deyil.

Təyyarə heyətləri belə vəziyyətlərin öhdəsindən gələ bilmək üçün xüsusi hazırlıq keçirlər. Lakin indi Kadijunun doğum yeri, vətəndaşlığı maraqlı sual kimi ortaya çıxıb və ya çıxa bilər. Mövcud qanunlara görə uşaq anasının vətəndaşı olduğu ölkənin vətəndaşı olaraq qeydiyyatdan keçə bilər.

Eyni zamanda o doğularkən təyyarənin üzərindən keçdiyi ölkənin vətəndaşlığına da qəbul edilə bilər. Lakin məsələni daha da qəlizləşdirən budur ki, BMT-nin qaydalarına görə, uçuşda doğulan uşaq təyyarənin qeydiyyatda olduğu ölkənin vətəndaşlığını qəbul etməlidir.

Bu halda Kadijunun vətəni Türkiyə olmalıdır. Amma son qərar Türkiyənin vətəndaşlıq qanunlarının belə bir hala yol verib-verməməsindən asılı olacaq. Məsələn 2015-ci ildə Kanadanın üzərindən uçan təyyarədə doğulmuş Clare adlı qızın vəkilləri onun Kanada vətəndaşı kimi qeydə alınmasına çalışırdılar. (bbc.com)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 972 31.08.18 17:11