Kamera yoldaşının qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |    

Kamera yoldaşının qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Elman İbrahimovun (1988-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 24-də Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb. Ağır xəsarət alan sonuncu Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Xətai rayon prokurorluğunda CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılıb.

Məhkəmə prosesində sərbəst ifadə verən E. İbrahimov bildirib ki, heç kimi öldürməyib: "Mən kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra Çingizi kameraya gətirdilər, o otaqda gəzəndə, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, az sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər. Sonra bildim ki, Çingiz ölüb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, cinayət işində videomaterial var, o prosesə sədrlik edən hakimdən həmin videoyazıya baxmasını xahiş edib : "Orada görəcəksiniz ki, polislər Xəlilovu neçə dəfə kameradan çıxarıb aparırlar, biraz keçəndən sonra isə gətirirlər. Hər dəfə aparanda döyüb gətirirdilər. Mən kişi kimi deyirəm ki, o adamı mən öldürməmişəm".
Hakim S.Əliyev bildirib ki, xidmət edən polis əməkdaşları istintaqda şahid qismində dindirilib. Onlar məhkəməyə çağırılsa da, prosesə gəlməyiblər. Bu səbəbdən həmin əməkdaşların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb.

Növbəti proses sentyabrın 5-ə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 924 30.08.18 18:59