Qusarda oğurluq və quldurluq törədən 4 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |    

Qusarda oğurluq və quldurluq törədən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evldən qızıl əşyalar oğurlayan rayon sakini Bəhruz Nurullayev saxlanılıb. Araşdırma zamanı onun Qusar şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nadim Ağaxanov və Şıxzada Şıxıyevlə birgə rayon ərazisindəki daha bir evə daxil olaraq ev sahibinə bıçaqla xəsarət yetirib, oradan 1200 manat dəyərində qızıl əşyalar aparmaları müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə N.Ağaxanov saxlanılıb, Ş.Şıxıyevin isə ötən ilin mayında Rusiya Federasiyası ərazisində xəstəlikdən ölməsi müəyyən edilib.

Bundan başqa, Qusar RPŞ-nin əməkdaşları əməliyyat tədbirləri nəticəsində, bu ilin mart-avqust ayları ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlayan şəhər sakinləri Vüqar Salmanov və əvvəllər məhkum olunmuş Rafiq Mehrəliyev saxlanılıblar. Araşdırma zamanı, onların daha 2 evdən ümumilikdə 2800 manat, 2900 dollar, 2000 rubl və qızıl əşyalar oğurlamaları məlum olub.

Faktlarla bağlı RPŞ İstintaq bölməsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə), 177.2.3 (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 977 30.08.18 16:36