Paytaxtda parkomatlar LƏĞV EDİLİR – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Paytaxtda parkomatlar LƏĞV EDİLİR – VİDEO

Bakı Nəqliyyat Agentliyi paytaxtda parklama yerləri və parkomatlarla bağlı yeni layihə hazırlayır.

ARB TV xəbər verir ki, köhnə parkomatların söküləcəyi və əvəzinə yeni sistemin tətbiq olunacağı gözlənilir.

2014-cü ildə paytaxtın 60-dan çox küçə və prospektinə parkomatlar düzüldü, onlardan bəziləri isə lazım olmayan yerlərdə quraşdırıldı. Daha sonra müəyyən edildi ki, artıq parkomatlara ehtiyac yoxdur.

Tıxac probleminin həlli və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün Bakıda 500-dən çox parkomat quruldu. Bu ödəmə aparatlarının hər birinin alınmasına, gətirilməsinə və küçələrdə yerləşdirilməsinə dövlət büdcəsindən kifayət qədər pul və resurs xərcləndi. 3 il sonra isə parkomatlar əhəmiyyətsiz dirək kimi avtomobillərə tamaşa etməyə başladı.

Sakin: “Binamın qabağına parkomat qoyublar. Hündür mərtəbəli yeni binadır. Gündə 20-30 dəfə girirəm ora. Hər dəfə də məcburam ora pul ödəyim”.

Mütəxəssislər deyirlər ki, parkomatların quraşdırılmasında məqsəd ödənişi elektron müstəvidə aparmaq idi. Bunun üçün bu aparatlar mərkəzi bazaya inteqrasiya olunmalı, dövlət yol polisi isə nəzarət etməli idi. Amma bu sistem tam qurulmadan yeni çətinliklər ortaya çıxdı.

Elməddin Muradlı – Ekspert: “O elektron sistemi qurmaq üçün parkomatlar hamısı ləğv edilməlidir. Bu günkü gün o aparatlar lazımsız əşyadır. Yəni ona əlavə müdaxilə edərək elektron cihaz yerləşdirib bugünkü qanunun tələbi çərçivəsinə gətirmək qeyri-mümkündür”.

Deməli böyük əziyyət və xərclə ərsəyə gələn bu qurğulardan artıq əlimizi üzməliyik. Parkomatları isə əlində post terminal olan işçilər əvəzləyib. Bu adamlardan terminalın iş prinsipini öyrənmək cəhdimiz isə bizdən xeyli vaxt aldı.

Mütəxəssislər isə deyirlər ki, bu pos terminallar da mərkəzi bazaya inteqrasiya olunmalıdır. Yalnız bu halda şəffaflığı təmin etmək olar.

Əllərində pos terminalla “çek çıxaranlar” heç bir avtomobilin üzərinə çek qoymurlar.

Elməddin Muradlı – Ekspert: “O cihazlar qanunla Dövlət Yol Polisinin mərkəzi məlumat sisteminə inteqrasiya olunmalıdır. Məlumat olmalıdır ki, bu maşın bu parkomata daxil oldu və bu qədər ödəniş etdi. O ödənişin də müddəti bu qədərdir misal üçün. Ödənişin müddətindən keçən kimi avtomatik olaraq ona elektron protokol tərtib olunmalıdır. O dayanacaqlardakı nəzarətçilərin müdaxiləsi olmadan”.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, qurum həmişəki kimi susmağa üstünlük verdi. Şəhərin gələcək parklama planını hazırlayan qurum – “Bakı Nəqliyyat Agentliyi”ndənsə bildirdilər ki, yaxın vaxtlarda bu sahə ilə bağlı hazırlanan layihə açıqlanacaq. Yeni sistem bu sahədə yaranan problemlərin aradan qaldırılmasına hesablanıbскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 902 24.08.18 17:56