Bakı küçələrində ilk təmizləyici maşınlar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakı küçələrində ilk təmizləyici maşınlar - VİDEO

Bu gündən Bakı küçələrində “MAN” markalı müasir maşınlar təmizlik işlərini həyata keçirəcək.

İlk mərhələdə gətirilmiş 10 maşın paytaxtın sürətli yollarında işləyəcək.

Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı şəhər İcra hakimiyyəti yanında Mənzil-kommunal departamentinin sanitariya-gigiyena xidmətinin rəisi Mübariz Hüseynov deyib.

Onun sözlərinə görə, bu texnika yolların və küçələrin təmizliyini təmin edəcək. Maşınların üstünlüyü ondan ibarətdir ki, heç bir halda sürücünün kabinəsini tərk etməsinə ehtiyac yoxdur. Bütün işlər avtomatik olaraq həyata keçirilir.

“Gələcəkdə bu tipli maşınların sayının artırılması nəzərdə tutulur. Ancaq bu, o demək deyil ki, küçənin təmizliyi ilə məşğul olan şəxslər işsiz qalacaq. Onlar təmizlik işlərini sürətin az olduğu küçələrdə, eləcə də, Bakı şəhərinin həyətlərində həyata keçirəcək”, - Hüseynov əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 667 21.08.18 18:17