“İmkanlı şəxslər bunu edirlər və digərləri də onlara baxıb təkrar etməyə çalışırlar” – İslamda bu yoxdur (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“İmkanlı şəxslər bunu edirlər və digərləri də onlara baxıb təkrar etməyə çalışırlar” – İslamda bu yoxdur (FOTO)

“ Cütlüklərin nişanlı olduğu müddətdə oğlan evi tərəfindən qız evinə qurban aparılması və onun bəzədilməsi kimi adət-ənənələr şəriətdə və islam dini mənbələrində yoxdur”.

Bizimyol.info-nun verdiyi məlumata görə, bu sözləri ilahiyyatçı Əkrəm Həsənov bildirib. O, din baxımından belə bir ibadət növünün olmadığını vurğulayıb:

“İslam dininə görə, Allah yolunda qurban kəsilməli və ehtiyac sahiblərinə paylanılmalıdır. Amma yuxarıda sadaladığım adətləri özümüz milliləşdirmişik. Bu adətlərə hətta imkanı olmayan şəxslər belə borc-xərcə girərək riayət etməyə çalışırlar. Bəzi imkanlı şəxslər bunu edirlər və digərləri də onlara baxıb təkrar etməyə çalışırlar. Din baxımından belə bir ibadət növü mövcud deyil. Əksinə bu israfçılıqdır. Gözəl görünsə də, buna ehtiyac yoxdur. Qurbanlığın o cür geyindirilməsi doğru deyil. Bu, hansısa təriqət tərəfindən yaradılıb və bizim milli adət-ənənələrimizə daxil olub.

Deyirik ki, dində belə bir şey yoxdur. Cavab verirlər ki, biz onu adət kimi yerinə yetiririk. Qoyunun başına xına yaxılması ilə bağlı da şəriətdə göstəriş yoxdur. Sadəcə olaraq bu, qardaş ölkə Türkiyədən götürülmüş bir ənənədir”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 684 21.08.18 17:19