Yol polisləri üçün yeni “Mercedes” avtomobilləri gətirildi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Yol polisləri üçün yeni “Mercedes” avtomobilləri gətirildi (VİDEO)

Azərbaycanda yol polislərinə yeni xidməti avtomobillər veriləcək. Yol polislərinə veriləcək avtomobillər “Mercedes C-klass” modelidir. Həmin avtomobillər artıq paytaxta gətirilib.

Həmin avtomobillər ilk öncə Bakı şəhəri Yol Polisi İdarəsinə veriləcək. Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Baku.ws-ə açıqlamasında bildirib ki, hələlik həmin avtomobillərin verilməsi barədə xəbərsizdir.

“Açığı hələlik mənə həmin maşınlarla bağlı məlumat verməyiblər. Əgər gətirilibsə, onda qarajda olacaq. Əməkdaşlarımıza hələlik təqdim edilməyib”, – deyə qurum rəsmisi bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 896 20.08.18 12:52