Əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır - Bakıda » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır - Bakıda

İyulun 30-u Bakıda yerləşən "German Hospital”da əkiz uşaqlar dünyaya gəlib. Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb.

Median.Az
xəbər verir ki, bu barədə şikayət edən valideyn Yusif Sadiyev Modern.az-a deyib ki, avqustun 2-si səhər saatlarından uşaqların vəziyyətində pisləşmə olduğunu bildirdilər.

"Vəziyyət pis olduqdan sonra xəstəxanalardan da həkimlər dəvət olundu. Biz bildirdik ki əgər sizin müalicə üçün lazımı şəraitiniz yoxdursa, başqa ixtisaslaşmış xəstəxanaya köçürək. Dedilər ki, biz müalicəni öz üzərimizə götürüb edəcəyik. Təəssüf ki, avqustun 3-də uşağın biri dünyasını dəyişdi. Biz bunu qəbul edib şikayət eləmədik. Digər uşağın müalicəsini davam etməyi və təkrar olaraq başqa uyğun xəstəxanada müalicə olunmasını təklif etdik. Bizə şifahi şəkildə bildirildi ki, başqa yerə köçürülməklə nə isə dəyişməyəcək, lazım olan müalicə burada olunur.

Qeyd edim ki, nə analizin nəticəsi, nə də xəstəlik tarixçəsi bizə təqdim olunub. Biz yenə də xəstəxanadan şikayət eləmədik, inanmışdıq onlara. Təkrar çağırılan həkimlərin rəyi belə oldu ki, əməliyyat olmaz və müalicəsinin OMD-də yaxud "German”da davam etməsinin bir fərqi yoxdur. Biz müalicənin "German”da davam edilməsini istədik.

Y.Sadiyev deyib ki, 14.08.2018-ci il tarixində onlar hospitaldan ölən uşağın ölüm kağızını istədikdə təqdim olunan arayışda uşağın ölü doğulduğunu qeyd ediblər.

"Dedilər ki, uşağın OMD-də ölməsi yaxud qalması bizi maraqlandırmır. O zaman uşaq pis vəziyyətə düşməmiş niyə başqa yerə köçürülməsinə razı olmurdular? İndi ölümcül vəziyyətdə olan uşağın müalicəsindən imtina edərək köçürülməsini "bizdə lazımi şərait yoxdur” deyərək əsaslandırırlar. Xüsusilə də qeyd edirlər k, bizim klinikada yer tutur, biz ona müalicə edirik və s. Bu necə olur axı! Uşağın birinin o klinikada ölməsi, ikincinin bu vəziyyətdə onun müalicəsindən boyun qaçırılması bilmirəm hansı insani dəyərlərə xidmət edir”.

Məsələ ilə bağlı "German Hospital”la da əlaqə saxladıq. Xəstəxanadan bu barədə hər hansı mövqe bildirməyəcəklərini, yalnız hüquq-mühafizə orqanlarına açıqlama verəcəklərini qeyd ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 146 17.08.18 15:59