Zığda binada çatlar əmələ gəldi - Sürüşmə zonası aktivləşdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Zığda binada çatlar əmələ gəldi - Sürüşmə zonası aktivləşdi

Son günlər müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə zonaları yaranıb, köhnə sürüşmələrdə aktivlik qeydə alınıb.

Median.Az
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Report-a açıqlamasında deyib ki, Abşeron yarımadasında ən təhlükəli ərazi Zığ sürüşmə sahəsidir, hazırda həmin ərazidə aktivlik müşahidə olunur: "Zığdakı sürüşmə zonasında yerləşən beşmərtəbəli binada çatlar əmələ gəlib”.

Onun sözlərinə görə, Abşeron rayonunun Nübar qəsəbəsində, Masazır qəsəbəsindəki Zəli gölü adlanan ərazidə aktivlik qeydə alınıb.

Mütəxəssis xatırladıb ki, Şamaxı şəhər, məhəllə 48 A ünvanında avqustun 15-də torpaq sürüşməsi baş verib: "Bir ildən çoxdur həmin ərazini müşahidə edirik və mütəmadi məlumat veririk. Hər ay bülletenlərdə orada aktivliyin olmasını qeyd edilir. Son günlərdə atmosfer çöküntüllərinin həddən artıq olması bu prosesi biraz da aktivləşdirib. Həmin məhəllə yeni salınmış məhəllədir, hava şəraiti ilə əlaqədar orda sürüşmə prosesi aktiv fazaya keçib. Son günlər orada müəyyən uçqunlar olub, bəzi evlərə ziyan dəyib. Şamaxı rayonu tektonik cəhətdən olduqca mürəkkəbdir, yəni sürüşməyə meylli ərazidir”.

Ə.Qaralov Ağsu aşırımının 156-cı km-də də çökmə və uçqunun baş verdiyini bildirib. Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun 106-111-cu kilometrliyində (Acıdərə adlı ərazi) də aktivlik qeydə alınıb: "Şamaxının Çaylı və Qaleybuğurd kəndlərində aktivləşmə olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt”inə müraciət edilib. Bundan əlavə, Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 2-11-ci kilometrliklərində ayrı-ayrı hissələrində aktivlik qalmaqdadır”.

Digər bölgələrə gəlincə ekspedisiya rəisi bildirib ki, Lənkəran-Lerik yolunun 37-40-cı kilometrliyində uçqun və çökmə prosesləri baş verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 251 17.08.18 15:13