Qardaşına kömək etmək istədi, qətlə yetirildi — Bakıdakı qətlin təfərrüatı – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Qardaşına kömək etmək istədi, qətlə yetirildi — Bakıdakı qətlin təfərrüatı – FOTO

Bakıda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Füzuli rayon sakini Qəribov Rauf Məhəbbət oğlunun bıçaqlanaraq qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Median.Az
xəbər verir ki, mərhumun yaxınlarının "report”a verdiyi məlumata görə, hadisə avqustun 15-də Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananın yaxınlığında qeydə alınıb.

Məlumata görə, R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun parkda olarkən naməlum şəxslərlə mübahisəsi düşüb. Həmin şəxslər F.Qəribovu döyüb, həmçinin ayaq və üz nahiyəsinə bıçaq xəsarətləri yetiriblər. F.Qəribov hadisə yerində qardaşı Rauf Qəribova zəng vuraraq onu köməyə çağırıb. Taksi fəaliyyəti ilə məşğul olan R.Qəribov hadisə yerinə gələndə, həmin şəxslər onu ürək nahiyəsindən bıçaqlayıb. O, "AzərSuTikinti" xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Firudin Qəribov isə əvvəlcə 3 saylı Şəhər Kliniki Xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.

Qəribovların yaxınları bildiriblər ki, Firudin Qəribov fiziki qüsurludur. F.Qəribov parkda olarkən tanımadığı şəxslər ona söz atıblar: "Mübahisə də buna görə düşüb. Onun özünü yaralayıblar, köməyə gələn qardaşını isə qətlə yetiriblər. Rauf Qəribov ailəlidir, bir oğlu var. Maşın almışdı, taksi fəaliyyəti ilə məşğul idi. Ailələri Füzulidən məcburi köçkün düşüb, ataları da II qrup Qarabağ əlilidir. Sakit ailədirlər”.

Faktla bağlı cinayət işi başlanılıb, qətl törədən şəxslərin axtarışları davam etdirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 214 16.08.18 16:17