Aygün Bəylərin qardaşı və qeyrilərinin apellyasiya məhkəməsi başlayıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:36 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |    

Aygün Bəylərin qardaşı və qeyrilərinin apellyasiya məhkəməsi başlayıb - FOTO

Bakı Apellyasiya Məhkəməsində Fuad Məmmədzadənin, Ramil Əsirovun, Elmir Alxazovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.6-cü (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə qəsdən adam öldürmə), 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Abbas Hümbətovun, Cavid Alxazovun CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 307.1 ( ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə), 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilmələrinə və Elnur Əsirovun cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, 2016-cı il avqustun 29-da Daxili İşlər Nazirliyi (DIN) məlümat yayıb ki, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Cavid Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə öldürülüb. Sonra həmin şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti basdırıblar və üstünü betonla örtüblər. İstintaq-əməmliyyat qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq ekspertizaya təqdim edilib. İşin mürrəkəbliyi nəzərə alındığı üçün cinayət işi Suraxanı rayon prokuroroluğundan götürülüb və Bakı şəhər prokurorluğuna göndərilib.

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşıdır, mərhum isə əmisi nəvəsi olub.

İstintaqla müəyyən edilib ki, qrup üzvləri 2013-cü ilin fevral-mart aylarında Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsində narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər. Təxminən 2 aydan sonra onlar Elnur Hümmətovun bu barədə polisə məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son vaxtlar onlardan kənar gəzən Elnuru axtarıb, tapıblar və evə gətirərək, orada saxlayıblar. Ertəsi gün Hümmətovun qaçmağa cəhd etdiyini görən şəxslər onu boğaraq, qəsdən öldürüblər və sonra quyu qazaraq, meyitini orada basdırıblar. Həmin ilin iyul-avqust aylarında təqsirləndirilən şəxslər bəcərib, əldə etdikləri 40 kiloqram marixuananı 15000 manata satıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, E.Alxazov və R.Əsirov 15 il, A.Hümmətov və C.Alxazov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. E.Əsirov barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi, müdafiəçilər apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsində ilkin baxış zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 21-nə təyin edilib.









скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 024 13.08.18 13:12