Azərbaycan banklarında dollar satışına limit qoyulmasının səbəbi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |    

Azərbaycan banklarında dollar satışına limit qoyulmasının səbəbi açıqlandı

"Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib.

Median.Az
xəbər verir ki, o, "Report”a açıqlamasında dollar satışına limit qoyulmasını belə izah edib:

"Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansısa siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki?

Buna görə də, dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 391 10.08.18 15:52