2 manatlıq xidməti turistə 20 manata təklif edirlər – Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

2 manatlıq xidməti turistə 20 manata təklif edirlər – Video

Azərbaycana gələn xarici turistlərin sayı hər il daha da artır və gələn qonaqları növbəti dəfə ölkəyə cəlb etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır.

ARB TV xəbər verir ki, bir çox hallarda xarici turistlər, elə yerli qonaqlar işbazların göstərdiyi xidmətlərə görə qiymət oyunlarının qurbanı olurlar.

Taleh Sultanov – Turizm İnformasiya Mərkəzinin əməkdaşı: “Qubaya gələn turistlərin sayı təxminən 25% artmışdır. Bunlar əsasən Qubanın dağlıq kəndlərinə üz tutan turistlərimizdir. Demək olar ki, qubanın 45-ə yaxın turizm istirahət mərkəzi vardır ki, burda da hər bir şərait yaradılmışdır”.

Qubaya gələn turistlər daha çox Qəçrəş, Xınalıq, və Çənlibel gölü adlanan turizm məkanlarında istirahət etməyə üstünlük verirlər. Amma kilometrlərlə məsafə qət edərək gələn əcnəbilər təbiətdən zövq alsalar da, məyus olduqları məqamlar da az deyil.

Fayez Əbdülhəmid – Turist: “Səfərimin ilk günü Bakı şəhəri ilə tanış oldum. Bakı qədim şəhərdir. Nizami küçəsini bəyəndim. Bu gün isə Qubaya gəldik. Buranın təbiəti ilə yaxından tanış oluruq. Otellər və restoranlarda qiymətlə normaldır. Amma bir sıra xismətlərin bir az ucuz olması yaxşı olar.

Qubanın mərkəzindən təxminən 14 kilometr aralıda yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edirlər. Burada qonaqlara təklif edilən qayıqla gəzinti yerli turistlər üçün 2 manat olduğu halda, xarici turistlər üçün 5 manatdır. Hələ turist ərəb olarsa, bu qiymət bir nəfər üçün 20 manatadək qalxa bilir. Ekspertlər bildirirlər ki, sahibkarların xarici turistlərə həddindən artıq qiymət oxumaları qanunsuz olmaqla yanaşı, birbaşa onların özlərinə ziyandır.

Həzrətqulu Əhmədov – Turizm eksperti: “Hər bir xidmət obyektində, kafedə, restoranda menyu, kalkulyasiya cədvəli olmalıdır. Demək olar ki, Qubanın əksər ictimai iaşə müəssisələrində ya menyu ya da kalkulyasiya cədvəli yoxdur. Bir çaynik çay 15 manata. Bir şiş kabab 8 manata. Kassa aparatı və ya digər bir ödəniş aparatının olmaması təsüf doğurur.

Turizm ekspertləri ictimai nəzarət postlarının yaradılmasını təklif edirlər. Restoranlarda menyuların hazırlanmasına və tətbiq edilən qiymətlərə güclü nəzarət edilməlidir ki, Azərbaycan digər turizm ölkələri arasında nüfuzunu artıra bilsin.

Həzrətqulu Əhmədov – Turizm eksperti: “Bunun üçün ictimai nəzarət dövlət nəzarəti ilə birgə həyata keçirilməlidir. Həmin müəssisələrin yaxınlığında ictimai nəzarət postları olmalıdır, məntəqələri olmalıdır. Şikayəti olan, təklifi olanlar ora müraciət edə bilsinlər. Çünki əlçatmaz bir yerdə, hansısa gölün, müşənin, çayın kənarında köməksiz qalmış turist ancaq məcbur olub o əlavə pulu ödəməyə vadar olur”.

Hər halda bu gün 5 manat artıq qazanmaq istəyən sahibkarlar bilməlidir ki, bu gəlirin daimi olması üçün turistləri aldatmaq yolverilməzdir. Xüsusilə də, əcnəbi turistləri. Heç kim bir dəfə aldadıldığı yerə ikinci dəfə üz tutmur.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 813 09.08.18 16:31