"Hamilə idim..." - "Toppuş bacı" xəstəliyindən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |    

"Hamilə idim..." - "Toppuş bacı" xəstəliyindən danışdı

"Hamilə idim, qanaxma başladı və uşağı tələf etməli oldum. Abortdan sonra həkimlər gördülər ki, uşaqlıq yolunda şiş var. Şiş əkildi və nəticədə bədxassəli olduğu aşkarlandı”.

Median.Az
xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib.

Bir neçə gün əvvəl xərçəng olduğu aşkarlanan və əməliyyat edilən aktrisa səhhətindən danışıb. "Toppuş bacı” ləqəbli aktrisa xəstəliyinin qəfildən ortaya çıxmasından danışıb:

"Qəfildən olmadı. Bir aydır bilirdim, gizlədirdim. Eşidəndə çox pis oldum, ağladım. Millət vəkilimiz Qənirə Paşayevaya zəng etdim, danışdım. Onun məsləhəti ilə onkoloji xəstəxanaya yollandım. Eroziya olub, papiloma virusum var imiş. Mən də vaxtında müalicə etdirməmişəm. Uşağım düşəndə bəlli oldu, ginekoloqum şübhələndi. Şiş əkildi və bədxassəli olduğu ortaya çıxdı”.

T.Əliyeva sosial şəbəkələrdə ünvanına yazılan fikirlərə aydınlıq gətirib. O, mədəsini kəsdirdiyi üçün xərçəngə yoluxması haqda xəbərlərə etiraz edib:

"Mədəmi kəsdirməyimlə xərçəng olmağımın heç bir əlaqəsi yoxdur. Sadəcə immunitetim aşağı olub. Yeməmişəm, orqanizmimdə immunitet azalıb. Xəstəlik də bundan yaranıb. Hazırda yaxşıyam.

Ayın 14-də analizimin cavabı gələcək. Yaxınlarım, ailəm səbirsizliklə onu gözləyir. İnşallah, cavab yaxşı çıxar. Xəstəxanada da qulluğumda dururdular, tez ayağa qalxdım. Günlərlə yerdə yatacaq adam deyiləm. Bir neçə gündən sonra xına mərasimlərimə qayıdacam. Məni sevənlərin gözünü yolda qoymayacam”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 713 08.08.18 16:03