Azərbaycanlı oliqarxlar ölkəyə "unitaz"lı lüks maşınlar gətirdi (FOTOLAR) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanlı oliqarxlar ölkəyə "unitaz"lı lüks maşınlar gətirdi (FOTOLAR)

Azərbaycanlı oliqarxlar Avropa istehsalı olan bahalı avtomobilləri Türkiyədə daha lüks və konfortlaşdıraraq alıb, Bakıya gətirirlər.

Median.Az
xəbər verir ki, unikal.org-un Türkiyənin bu işlə məşğul olan "Ertex Otomotiv” şirkətindən əldə etdiyi məlumata görə, avtombillər daha lüks və konfortlaşdırılaraq bazar qiymətindən 3 dəfə baha ölkəmizə satılır. Bu ilin 6 ayı ərzində azərbaycanlı oliqarxlar (siyasətçilər, diplomatlar, iş adamları, şou-biznes nümayəndələri) bu şirkətdən 10-dan artıq avtomobil alıb.

Hazırda bu ilin sonuna kimi də 10 yaxın avtomobil lüks və konfortlaşdırıldıqdan sonra Azərbaycana göndərilməsi sifarişi verilib.

Qeyd edək ki, şirkət lüks ve konfortlaşdırdığı ən ucuz avtomobilin dəyəri 100 min dollardır.

Şirkətə ən çox sifariş Azərbaycan, Dubay, Qətər və Səudiyyə Ərəbistanıdan olan ölkələrdən verilir. Ümumilikdə, bu ilin 6 ayı ərzində Azərbaycan daxil olmaqla sözügedən ölkələrə Avropa istehsalı olan 47 lüks və konfortlaşdırılmış avtomobil ixrac edilib. Ən çox lüks və konfortlaşdırılmış avtomobillər "Mercedes” markasındadır.

Şirkət "V Class”, "Sprinter”, "Maybach”, "Volkswagen Caravella”, "Crafter" və "Cadillac Escalade" modelindən olan avtomobillərin də daxili dizaynını dəyişir.

Şirkət müştərilərin istəklərinə uyğun olaraq avtomobillərin daxili dizayınını qurur. Belə ki, avtomobillərdə beli masaj edən, istilik, unitaz, havalandırma və ayaq istirahəti xüsusiyyətlərinə sahib kreslolar, yüksək keyfiyyətli səs sistemi, çay-qəhvə maşınları, soyuducu, polad kassa, kompüter, televizor, playstation kimi komponentlər ilə təchiz edir.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 686 08.08.18 15:58