Tələbələr gələndə qiymətlər qalxır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |    

Tələbələr gələndə qiymətlər qalxır - VİDEO

Ali təhsil ocağına qəbul olanda sevincin həddi-hüdudu olmur. Tələbə adını alanlar, xüsusən rayondan Bakıya gələnlərin bir dərdi var, o da ev problemi.

Belə ki, qalmağa yerləri olmayanlar başlayır qəbul olduqları universitet ətrafında kirayə mənzil axtarmağa. Yaxınlıqda ev tapanda isə qiymətdə narazılıqlar ortaya çıxır. Belə ki, təklif olunan qiymətləri bir tələbə qarşılaya bilmədiyi üçün məcbur olur özünə yoldaş axtarır.

Bəzən seçilən yoldaşlar yaxşı olur, bəzən də təkbaşına qalan tələbələr qonşuların narazılığına səbəb olur.

Ev alqı-satqısı ilə məşğul olan insanlar isə deyir ki, evlərin qiymətində tələbələr gələndə nisbətən artım müşahidə olunur. Bu isə, təbii ki, tələbələrin işini birə-beş çətinləşdirir. Kirayə haqqını verə bilmədikdə ev yiyəsi ilə kirayənişin arasında narazılıq yaranır.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, sentyabr ayından şəhərə insan axının sayı artacaq. Bu da kirayə bazarında sıxlığa səbəb olacaq.

Necə deyərlər, dağlar arasından yol çəkmək üçün partladılan dinamitlərin heç kim hesabını aparmır. Odur ki, uğurunuza aparan yoldakı dinamitlər sizin müvəqqəti narahatlığınızdır. Narahat olmayın, bu günlərin dörd il ömrü var.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 809 08.08.18 11:57