Bakının Yasamal rayonunun Yeni Yasamal qəsəbəsi ərazisində aparılan təmir işləri ilə əlaqədar yaşayış evlərini və yolları toz bürüyüb.
Küçəyə nəqliyyat vasitələrinin girişinin qadağan olunması ilə bağlı nişanlar basdırılsa da, buna riayət olunmur.
Sürücülər bu küçəyə çıxmaq üçün alternativ yollardan istifadə edir.
“Nəfəs almaq mümkün deyil. Dayanacaqda bir neçə dəqiqə dayanmaq kfiayətdir ki, üstümüz toz olsun”, - sakinlər deyib.
P.S. Oxu.az-ın fotoqrafını görüb, təmir gedən yerdə təmizləyici maşınlar peyda olub və yolu sulayıb.