Azərbaycanlı həkim nigeriyalı qadına dünyanı görmək “şansı verdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanlı həkim nigeriyalı qadına dünyanı görmək “şansı verdi”

Nigeriyada könüllü türk həkimlərin pulsuz göz müayinəsinə görmə əngəlli övladını gətirən Xədicə Şəfahatü gözlərində katarakt olduğunun ortaya çıxmasından sonra əməliyyata alınıb.

Median.Az
“Anadolu”ya istinadən xəbər verir ki, əməliyyatdan sonra Şəfahatünün görmə qabiliyyəti bərpa olunub.

Anadangəlmə katarakt olduğu üçün gözləri görməyən 25 yaşlı X.Şəfahatü əməliyyatdan bir gün sonra ilk dəfə övladını, ərini və dünyanı görə bilməyin xoşbəxtliyini yaşayıb.

Türk həkimlərin qurduğu Könüllülər Dərnəyi ilə Nigeriyaya gedən həkimlər Afrika Korluqla Mübarizə Layihəsi (AFAP) çərçivəsində “Bir milyon katarak əməliyyatı” layihəsini həyata keçirir və görməyənlərə ümid olurlar.

Dərnəklə Nigeriyaya gedən və Bakıda özəl xəstəxanaların birində çalışan göz xəstəliklər mütəxəssisi Mehriban Əlizadə Xədicə Şəfahatünün əməliyyat olunması barədə “Anadolu” agentliyinə danışıb.

“Xədicə xanım görməyən övladını əməliyyat etdirmək üçün gətirmişdi. Onu görəndə baxışlarındakı qəribəliyi sezdim. Diqqət etdim, gördüm ki, gözündə ağ katarakt var. Xəstəni əməliyyata aldıq və gözlərinə linza qoyduq”, - Əlizadə deyib.

“Gözləri açılan Xədicə xanım necə güləcəyini bilmirdi. Bu, bizi duyğulandırdı”, - deyən Əlizadə bildirib ki, Xədicə gözləri açıldıqdan sonra xoşbəxtlikdən ağlamağa başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 276 06.08.18 11:18