Bakının mərkəzində bina sakinləri ilə dönərxana sahibinin mübahisəsi məhkəməyə çıxdı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Bakının mərkəzində bina sakinləri ilə dönərxana sahibinin mübahisəsi məhkəməyə çıxdı - FOTO

Səbail rayonu, Rəsul Rza küçəsi, 19-da yaşayan sakinlərlə eyni binada yerləşən dönərxana sahibinin illərdir davam edən münaqişəsi məhkəməyə qədər uzanıb. Sakinlər binanın yeganə giriş hissəsində yerləşən dönərxananın sökülməsini, kommersiya məqsədli obyekt üçün verilmiş sənədlərin ləğv edilməsini istəyirlər.

Şəhərin mərkəzində – “Malakan” bağının bir addımlığında yerləşən binanın 1861-ci ildə inşa edildiyi güman edilir. Redaksiyamıza müraciət edən sakinlər deyirlər ki, 157 yaşlı binanın yalnız bir girişi var. Obyekt də binanın giriş hissəsində tikilib, gediş-gəlişə mane olur. Qəza və ya fövqəladə hal baş verərsə, sakinlərin təxliyyəsi, yanğın, yaxud təcili yardım maşınlarının binaya girişi mümkün olmayacaq.


“Obyekt həftənin 7 günü 24 saat işləyir, səs-küydən evdə oturmaq mümkün deyil. Obyektin boruları həyətə açılır, daim yağ damır, ətrafa iy yayılır. Məhəllədə çox çirkin mənzərə yaranıb”, – sakinlər bizə ünvanladıqları müraciətdə bildiriblər. Onların sözlərinə görə, şəhərin mərkəzində obyekt işlədib yaxşı qazanc götürmək olar, amma sakinlərin hüquqlarına da hörmət etmək lazımdır.

Obyekt sahibi məhkəmə vasitəsilə qeydiyyatdan çıxarış (“kupça”) alıb. Qeyd edək ki, Tərəflərin mübahisəsinə avqustun 8-də Ali Məhkəmədə hakim İlqar Dadaşovun sədrliyi baxılacaq.//virtualaz.orgскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 618 04.08.18 15:22