Agentlik: Energetik içkilərdən istifadə etməyin » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |    

Agentlik: Energetik içkilərdən istifadə etməyin

Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.

Bu barədə adıçəkilən qurumdan bildirilib.

Qeyd olunub ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda, insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:

“Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu bir qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.

Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir”.

Agentlikdən qeyd edilib ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.

Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 549 04.08.18 14:12