Ben Ladenin anası ilk dəfə danışdı: “O yaxşı uşaq idi, beynini yudular” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ben Ladenin anası ilk dəfə danışdı: “O yaxşı uşaq idi, beynini yudular”

Əl Qaidə terror təşkilatının keçmiş rəhbəri Usamə Ben Ladenin anası Aliyə Qanem ilk dəfə müsahibə verib.

Qadın Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində oğlununuşaqlıqda çox yaxşı insan olduğunu bildirib:

“Mənim həyatım çox çətin keçib. Ona görə ki, oğlum hər zaman məndən uzaqda olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi”.

Onun sözlərinə görə, Usamanı üç yaşından ikinci həyat yoldaşı olan, oğlunun ögey atası Məhəmməd Attas böyüdüb:

“O, yaxşı uşaq idi, universitet vaxtı qarşısına çıxan şəxslər onun beynini yudu. Oğlum 20 yaşında onun beynini yumağa kömək edən insanlara rast gələnə qədər… Siz bunu dini amil adlandıra bilərsiniz. Onlar bu işə görə pul alırdılar. Mən hər zaman ona deyirdim ki, bu adamlardan kənar dayan, o isə heç bir zaman mənə nə etdiyini demirdi. Bunun səbəbi isə onun məni çox sevməsi idi. Mən təsəvvür edə bilmirdim ki, Usama cihadçı ola bilər və bunu görəndə çox təəssüflənmişdim”.

Hazırda Aliyə Qanem ilə birlikdə Ciddə şəhərində terrorçunun qardaşları Qanem Əhməd və Qanem Həsən, eləcə də, ikinci əri Məhəmməd əl-Attas yaşayır.

Aliyə Qanemin digər oğlu Qanem Əhməd isə anasının hələ də Usamanı terrorçu kimi tanımadığını deyib:

“11 sentyabrdan 17 il keçib və anam hələ də Usamanı inkar edir. O, yalnız Usamanın bizim hamımızın gördüyü yaxşı tərəflərini dərk və qəbul edir. O, Usamanı elə çox sevirdi ki, oğlunu günahlandırmaqdan imtina edirdi. Onun yerinə isə ətrafdakıları ittiham edir. O, ancaq həmin oğlanın yaxşı tərəfini bilir.

11 Sentyabr baş verəndə bizim ailə bilirdi ki, bunun arxasında qardaşımız Usama dayanır. Mən heyrətə düşmüşdüm. Bu, qəribə hiss idi. Biz ilk 48 saatda bunun Usama tərəfindən törədildiyini öyrəndik. Bizim ailənin kiçiyindən böyüyünə qədər hər kəs Usamaya görə utanırdı. Sonuncu dəfə Usamanı 1999-cu ildə Qəndahardakı bazalardan birinin yaxınlığında gördük. O vaxtdam ölənə qədər onunla görüşə bilmədik”.

Qeyd edək ki, Usama Ben Ladenin anasından müsahibə şəxsən Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın icazəsindən sonra alınıb. Bu ailə hələ də Səudiyyə Ərəbistanının ən nüfuzlu ailələrindən biri sayılır. \Unikal.orgскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 563 03.08.18 17:49